Bakıda 18 min əhalinin yaşadığı qəsəbə zibil poliqonuna çevrildi

Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsinin Xanlar küçəsi ilk baxışdan zibil poliqonunu xatırladır. Amma bura zibil poliqonu yox, sakinlərin sıx yaşadığı ərazidir.
Məsələ ilə bağlı ARB TV-nin “Günə doğru” proqramı süjet hazırlayıb.
Mövcud problemin nə vaxt və necə həll olunacağı ilə bağlı məlumat almaq üçün Türkan İcra nümayəndəliyinə müraciət edilib.