Dövlət rəhbərinə: ”Hər bir vətəndaşın yanında olduğunuzu qərarlarınızla sübut edirsiniz”

Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir.
“Sherg.az” Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir. 
Bakı şəhərinin Yasamal rayonundan Günel İmanovanın məktubunda qeyd olunur:

“Hörmətli cənab Prezident, mən fizika üzrə fəlsəfə doktoru, gənc aliməm. Hər zaman olduğu kimi, bu çətin günlərdə də xalqın yanında olduğunuza görə şəxsən öz adımdan və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm. Koronavirus pandemiyası bütün dünyada çox sayda problemlərə səbəb olub. Amma bu sahədə zəhmət çəkən, əziyyəti olan insanların əməyinin dövlət tərəfindən qiymətləndirilməsi yalnız Azərbaycana aiddir. Buna görə Sizə təşəkkür edirik. Ən çətin məqamlarda, hər zaman hər bir vətəndaşın yanında olduğunuzu verdiyiniz qərarlarla sübut edirsiniz. Bu çətin günlərdə bunu bir daha göstərmiş oldunuz. Hörmətli Prezident, Sizin tapşırığınızla dövlət tərəfindən əhali üçün bir sıra güzəştlər edilir, ehtiyacı olanlara maddi dəstək göstərilir. Mən bir vətəndaş, bir gənc alim kimi xalqa olan yüksək qayğınız üçün Sizə minnətdaram. Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə ölkəmizdə gənclərin aparıcı qüvvəyə çevrilməsi istiqamətində böyük işlər görülür. Sizin gənclərə inanıb onları yüksək vəzifələrə layiq görməyiniz bizi çox qürurlandırır və bizə olan qayğınız bizim özümüzə inamımızı daha da artırır. Mən bir gənc alim olaraq çox sevinirəm ki, Azərbaycan Respublikasına Sizin kimi müdrik, uzaqgörən siyasi xadim rəhbərlik edir. Mən Sizinlə fəxr edirəm, Sizə dəstəyim misilsizdir. Allah Sizi qorusun!”.