DİN mətbuat xidmətinin rəisinə iki müavin təyin edilib


Daxili işlər Nazirliyinin mətbuat xidmətinin rəisinə iki müavin təyin edilib.

APA-nın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki İlham Babayev və polis polkovnik-leytenantı Hafiz Təmirov Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavinləri təyin edilib.

Nazirliyinin mətbuat xidmətindən faktı APA -ya təsdiq ediblər.