Ermənistanda koronavirusa yoluxanların sayı 35 mini ötdü

Ermənistanda son sutkada daha 273 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub, 12 nəfər ölüb.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanda indiyədək infeksiyaya yoluxanların sayı 35 254, xəstəlikdən ölənlərin sayı isə 662 nəfərə çatıb.
Ermənistanda COVID-19-dan sağalanların sayı 24 206 nəfərdir.