Keçmiş məhkumlardan 27 min manatlıq oğurluq

Bakıda mənzilin zirzəmisindən oğurluq olub.
Lent.az -ın məlumatına görə, hadisə paytaxtın Nəriman Nərimanov prospekti M. Araz küçəsində yerləşən yaşayış binasında mənzilin zirzəmisindən 27 min 240 manat dəyərində mebel və məişət əşyaları oğurlanıb.
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - 45 yaşlı Rövşən Məmmədov, 56 yaşlı Mahir Qasımov tutulub.
Faktla bağlı cinayət işi başlanıb.