Son yeddi ilin ən parlaq kometası Yerin yaxınlığından keçəcək - FOTO

Yeddi min ildə bir dəfə Yerin yaxınlığından uçan C/2020 F3 (NEOWISE) bu axşam planetimizə ən yaxın məsafədən keçəcək.
Bu barədə “RİA Novosti” Moskva Planetariumuna istinadla xəbər verir.
Məlumata görə, son yeddi ildə görünən ən parlaq kometa Yerə 103,52 milyon kilometr məsafəyə yaxınlaşacaq. Astronomların fikrincə, NEOWISE-ın parlaqlığı artıq solmağa başlayıb və iyul ayının ortalarında olduğu kimi görünmür.
Kometa axşam və gecənin birinci yarısında Arabaçı bürcünün (Auriga) yaxınlığında şimal-şərq üfüqünün üstündəki səmada görünə bilər.
Qeyd edək ki, Beynəlxalq Kosmik Stansiyada olan rusiyalı kosmonavt İvan Vaqner bundan əvvəl NEOWISE kometasının fotosunu çəkmişdi.
“Onun quyruğunu kosmosdan, Beynəlxalq Kosmik Stansiyadan çox yaxşı görmək olur!” - deyə, o, şəkilə şərh vermişdi.