Avtomobildə aksiz markası olmayan 130 kilo yağ aşkarlandı

Xızıda avtomobildən aksiz markası olmayan ərzaq məhsulları aşkarlanıb.
"Sherg.az" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 22-də gecə saat 2 radələrində rayonun Yaşma qəsəbəsi ərazisində Şahbuz rayon sakini E.Nəcəfovun idarə etdiyi “AzSamand” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılmışdır.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan aksiz markası olmayan 114 ədəd spritli içki və 130 kiloqram çəkidə yağ aşkar edilərək götürülüb.