Yol qəzalarında 3 nəfər həyatdan məhrum oldu

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 26 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş verən 3 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb.
Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.