Şəkidə yağan güclü yağış yolları, səkiləri dağıtdı 

Xəbər verdiyimiz kimi, dünən yağan yağış Şəkidə fəsadlar törədib.
Oxu.Az-ın məlumatına görə, şəhərin mərkəzi küçələrini sel basıb.
Nəticədə, yollar, səkilər dağılıb. 
Qeyd edək ki, yağışın da qarışdığı çirkli kanalizasiya suları daşaraq, yaşayış evlərinin həyətlərinə dolub.