Həkim müjdəni verdi: “Sentyabrdan yumşalmalara gedəcəyik”

Ölkəmizdə yeni növ koronavirus olan “COVİD-19”la mübarizə istiqamətində tədbiq edilən karantin rejiminin müddəti növbəti dəfə uzadılıb.

Sərt karantin rejimi avqustun 5-dək davam edəcək. Ekspertlər bunun insan sağlamlığı üçün zəruri olduğunu deyirlər.
 
Pulmonoloq Günay Əliyeva “Sherg.az”a açıqlamasında vəziyyətin tədricən düzələcəyini bildirib:

“Məncə, karantin rejiminin yenidən uzadılması yerində verilmiş qərardır. Bunu rəqəmlərdən də görmək olar. Bir az da səbr etməliyik.. İnsanlar artıq daha məsuliyyətli olmağa başlayıb. Müşahidələrim onu deməyə əsas verir ki, indi vətəndaşlar şüurlu şəkildə təhlükəni başa düşür və qaydalara əməl edirlər. Düşünürəm ki, sentyabrdan etibarən yumşalmalara gedəcəyik”.