Rumıniyalı mütəxəssis "Dinamo" üçün Ukraynaya qayıtdı

Kiyev "Dinamo"sunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu posta Mirça Luçesku gətirilib.
Üç gün əvvəl Aleksey Mixayliçenkonu istefaya göndərən Ukrayna klubu Luçeskunu artıq təqdim edib. Rumıniyalı mütəxəssis yeni komandası ilə 2+1 illik müqavilə imzalayıb. 75 yaşlı çalışdırıcı 2004-2016-cı illərdə Ukraynada Donetsk "Şaxtyor"una başçılıq edib.
Qeyd edək ki, Mirça Luçesku son iş yeri olan Türkiyə millisindən ötən il ayrılıb.