Prezidentə məktub: “Ordumuzun gücünü bütün dünya bilir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlarımız tərəfindən çoxsaylı minnətdarlıq məktubları ünvanlanır.
“Sherg.az” Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.
Yardımlı rayonundan Elməddin Məmmədli ölkə başçısına yazır: 

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan, yaşadığımız dünyanın indiki ağır vəziyyətində xalqımıza, Vətənimizə və biz gənclərə göstərdiyiniz maddi və mənəvi dəstəyinizə görə Sizə təşəkkür edirəm. Bir gənc olaraq tam gücümüzlə dövlətimizin və ordumuzun yanındayıq. Biz savaş əmrinizi səbirsizliklə gözləyirik. İnşallah, zəfər bizimdir! Biz Azərbaycanı sevirik, dövlətimizi dəstəkləyirik, Vətənimizin əsgəriyik. Qələbə bizimdir, haqq bizim tərəfdədir. Birlikdə düşmənə layiqincə cavab verəcəyik. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Ordumuzun gücünü bütün dünya bilir. Vətəni qorumaq, dövlətçiliyimiz üçün mübarizə aparmaq bizim borcumuzdur”.