Ölkə başçısına minnətdarlıq: “Xalqımız Sizə arxalanır, hamımız Sizinləyik”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlarımız tərəfindən çoxsaylı minnətdarlıq məktubları ünvanlanır.
“Sherg.az” Prezidentin saytına istinadla həmin məktublardan birini təqdim edir.

Bakı şəhərinin Sabunçu rayonundan Əsəd Əhmədov dövlət rəhbərinə məktubunda bildirir: 

“Hörmətli cənab Prezident, xalqımız Sizə arxalanır, hamımız Sizinləyik. Əminik ki, Sizin sayənizdə Qarabağı da azad edəcəyik. Uca Yaradan bütün işlərinizdə köməyiniz olsun, Sizi bu xalqa çox görməsin. Siz xalq üçün gördüyünüz işlərlə adınızı artıq tarixə yazdırmısınız. Xalqın igid oğlu, dualarımız Sizinlədir. Ulu öndərimiz Heydər Əliyevin başladığı yolu uğurla davam etdirməklə Azərbaycanı dünyaya tanıtdınız, ölkəmizi gözəlləşdirdiniz. Sizin sayənizdə üçrəngli bayrağımız Qarabağda dalğalanacaq, həmin bölgələr də inkişaf edəcək, Azərbaycanın bir parçası kimi dünyada tanınacaq. Uca Yaradan bu Qələbəni qazanmaqda, başladığınız işləri başa çatdırmaqda Sizə kömək olsun. Allah Sizi qorusun, cənab Prezident!”.