Dövlət rəhbərinə təşəkkür:“Azərbaycan Sizin rəhbərliyinizlə daha böyük nailiyyətlərə imza atacaq”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlarımız tərəfindən çoxsaylı minnətdarlıq məktubları ünvanlanır.
“Sherg.az” Prezidentin saytına istinadla həmin məktublardan birini təqdim edir.
Abşeron rayonunun Xırdalan şəhərindən Ceyran Pirəliyeva, Zenfira Pirəliyeva və Veydəddin Pirəliyev yazırlar:

 “Hörmətli cənab Prezident, Sizin Azərbaycana rəhbərlik etdiyiniz dövrdə ölkəmiz bütün sahələrdə tərəqqi edib və bu gün də inamla irəliləyir. Əsrlərboyu böyük tarixi və mədəni inkişaf yolu keçən qədim Azərbaycanın beynəlxalq aləmdə qazandığı etibar, söz sahibinə çevrilməsi, nəhəng dövlətlər arasında yüksək nüfuza malik olması Sizin dahiyanə təfəkkürünüz və böyük zəhmətinizin məntiqi nəticəsi kimi qəbul olunur. Bütün dünyanı cənginə alan COVID-19 virusunun ölkəmizdə qarşısının alınması ilə bağlı gördüyünüz tədbirlər vətəndaş olaraq bizi olduqca sevindirir və bundan qürur hissi duyuruq. Xüsusən də karantin dövrü ərzində vətəndaşlara göstərilən maddi və sosial yardımlar, maska istehsalı müəssisəsinin, modul tipli xəstəxanaların sürətli şəkildə istifadəyə verilməsi, yeni laboratoriyaların təcili olaraq alınıb ölkəmizə gətirilməsi və quraşdırılması təqdirəlayiq haldır. Biz ölkəmizdə bu virusa qarşı mübarizədə başda Siz olmaqla fəal iştirak edən hər bir kəsə, əsasən də tibb işçilərinə təşəkkürümüzü bildiririk. Bizim ailə üzvlərimiz bu günlərdə M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə aldıq, evimizə yüksək əhval-ruhiyyə ilə qayıtdıq. Xəstəxanada bizə yüksək səviyyədə tibbi xidmət göstərildi. Tibbimizin belə inkişafı bizi fərəhləndirdi. Sonda böyük fəxr ilə qeyd etmək istəyirik ki, Azərbaycan Sizin rəhbərliyinizlə daha böyük nailiyyətlərə imza atacaq, tibb sahəsində yüksək uğurlar əldə edəcəkdir. Ölkəmizin inkişafı uğrunda apardığınız hər bir işdə Sizə uğurlar və cansağlığı arzulayırıq”.