Ali Baş Komandana məktub var: “Sarsılmaz, qüdrətli və rəşadətli ordumuz var” 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlarımız tərəfindən çoxsaylı minnətdarlıq məktubları ünvanlanır.
“Sherg.az” Prezidentin saytına istinadla həmin məktublardan birini təqdim edir.
Lənkəran rayonunun Boladi kəndinin sakini Elnarə Miriyevanın məktubunda deyilir: 
“Hörmətli Prezident, cənab Ali Baş Komandan, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan dövlət sərhədində atəşkəsi pozması bizi necə narahat etdirmişdisə, güclü və rəşadətli ordumuzun, qəhrəman oğullarımızın düşməni cavab atəşi ilə susdurması bir o qədər fərəhləndirdi. Biz tələbələr Sizə daim inanırıq, güvənirik və yürütdüyünüz siyasəti dəstəkləyirik. Ölkəmizin ərazi bütövlüyünü hər zaman qoruya bilən güclü, sarsılmaz, qüdrətli və rəşadətli ordumuz var. Siz isə xalqın dayağı, onun xoşbəxt gələcəyinin etibarlı qarantısınız. Allah Sizi qorusun, cənab Prezident!”.