Prezidentə: “Xalq Sizə və Sizin siyasətinizə güvənir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlarımız tərəfindən çoxsaylı minnətdarlıq məktubları ünvanlanır.
“Sherg.az” Prezidentin saytına istinadla həmin məktublardan birini təqdim edir.
Ağcabədi şəhərindən Pərviz Quliyev Prezidentə  məktubunda qeyd edir:
“Möhtərəm cənab Prezident, Azərbaycan xalqı hər zaman erməni təxribatlarının şahidi olmuşdur. Mənfur düşmən bu gün də təxribatlarını davam etdirməkdədir. Ordumuzun sərrast atışları ilə susdurulan düşmən çoxlu sayda itki verməklə yanaşı, həm də əhəmiyyətli obyektlərini, texnikalarını itirmiş oldu və həmişəki kimi, digər dövlətlərdən, qurumlardan imdad diləməyə başladı. Budur, Azərbaycan Ordusunun qüdrəti. Məhz bu ordunun qüdrətinə əmin olan xalq Sizə və Sizin siyasətinizə güvənir. Sizə güvənən xalq - gənclər meydanlara axın edərək, həm dövlətə inamını, həm də orduya dəstəyini ifadə etdi. İnşallah, Sizin və ordumuzun sayəsində tezliklə bayrağımızı Qarabağda dalğalandıracağıq”.