Azərbaycanda 20 yaşlı gənc süni göldə batdı

Qusarda 20 yaşlı gənc süni göldə batıb.
Lent.az FHN-in rəsmi saytıan istinadla bildirir ki, nazirliyin "112" qaynar telefon xəttinə rayonun Köhnə Xudat kəndində, süni göldə 2000-ci il təvəllüdlü Cavadov Aydın Ruslan oğlunun batması barədə məlumat daxil olub. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.