Evdə yata bilmədilər, sahilə qaçdılar - FOTOLAR


 Antaliyada yüksək nəmişlikdən  və istidən sıxılan vətəndaşlar, Konyaaltı sahilində sabahladı. Sahilə gələn bəzi vətəndaşlar çadır qurdu, bəziləri isə ədyala sarılaraq yatmağa çalışdı.



Sherg.az türk mediasına istinadən xəbər verir ki, səhərin işıqlanması ilə kimi sahildə yürüş etdi, kimi də günəşin doğması ilə özünü sərin sulara atdı.

Səhər saat 03.00 radələrində sahilə gəldiyini ifadə edən Ərdal Parıltı, "Evdə kondisioner olmadığına görə isti olur. Mən də gecə sahilə gəlib yatıram, sonra da dənizə girirəm. Hava indi çox gözəl və sərindir. Tam üzmək zamandır. Əslində hər kəsin gecə saatlarında bura gəlib səhəri burda açmasını tövsiyə edirəm" deyə bildirir.



Gecəni dəniz kənarında  keçirən Adil Akay isə bunları söyləyir:

 "Gecə gəldik, burada yatdıq. Səhər də oyandıq, 1-2 saat üzüb sonra işə gedəcəyik.
Yayı burada yatmaq evdə yatmaqdan 10 dəfə  yaxşıdır.

Turan