Şəkidə altı tona yaxın narkotik vasitə məhv edildi

Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Öyrət kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, ümumi çəkisi 5 600 kiloqram olan çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.