Baş yazar ölkə başçısına təşəkkür etdi:“Qiymət vermək dəyərləndirən tərəfin böyüklüyünü göstərir”


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 22 iyul- Milli Mətbuat Günü münasibətilə jurnalistləri təltif edib. 145 illik tarixə malik milli mətbuatın inkişafınad çüstəsna xidmnətləri olşmuş media nümayəndələri “Əməkdar jurnalist” fəxri adına, “Tərəqqi” medalı və Prezident təqaüdünə layiq görülüblər. “Sherg.az” xəbər verir ki, bununla bağlı bir qrup jurnalist Prezidentə təşəkkür məktubu ünvanlayıb. 
AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov ölkə başçısına məktubunda qeyd edir:  


“Hörmətli cənab Prezident, bu gün Sizin fəxri adlarla təltif etdiyiniz jurnalistlərin arasında olmaq mənim üçün böyük şərəf və qürurdur. İnsanın əməyinə, zəhmətinə qiymət verilməsi hər zaman onu fərəhləndirir. Bu qiyməti verən sənin dövlətin və onun başçısı olanda isə həmin fərəhə xoşbəxtlik də qarışır. Qiymət vermək hər şeydən əvvəl, dəyərləndirən tərəfin böyüklüyünü və alicənablığını göstərir. Verdiyiniz fəxri adı məhz bu düşüncə ilə qəbul edirik. Sizin verdiyiniz bu qiyməti mən həm şəxsən özümə, həm də rəhbərlik etdiyim AzVision.az kollektivinə inamın təzahürü, eyni zamanda, bir etimad krediti kimi qəbul edirəm. Biz hər zaman ancaq dövlətimizin maraqlarına uyğun çalışmışıq, bundan sonra da həmin istiqamətdə bilik və bacarığımızı əsirgəməyəcəyik. Bizim dövlətimizə sevgimiz təbii ki, təmənnasızdır, amma bu sevginin həm də qarşılıqlı olduğunu görmək çox gözəldir. Azərbaycana xidmət etmək xoşbəxtlikdir. Çox sağ olun ki, bu xoşbəxtliyi ürəklə yaşamağımıza imkan yaradırsınız. Sizə hədsiz minnətdaram”.