Zərdab İcra Hakimiyyətinin 4 vəzifəli şəxsi həbs olunaraq Bakıya gətirildi

Təqribən 1 saat öncə Zərdab Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Əhmədov Sahid Abuseyid oğlu saxlanılıb.

Lent.az xəbər verir ki, yerli sakinlərin Avropa.info-ya verdiyi məlumata görə, Əhmədov Sahid Bakıdan gedən hüquq mühafizə orqanları əməkdaşları tərəfindən həbs olunub.

Əhmədov Sahidlə yanaşı bir icra nümayəndəsi və bir bələdiyyə sədrinin də saxlanıldığı qeyd olunur.