Erməni üçün oynayanlar: Bu, düşmənə xidmət deyil, bəs nədir?


Şəhid jurnalistin “jurnalist” qızı yenə öz ampluasındadır, yenə  heyrətləndirməkdə davam edir. Əslində, heyrətlənəsi bir şey də yoxdu. Hər şey ortada. Adam ABŞ-da oturub Azərbaycana qarşı nifrin püskürür. Hə, məhz nifrin. Adamın hər verilişi ermənilərin əlinə oynamaqdan ibarətdir. Bir sözlə, xəyanətdir. 
Təsəvvür edin, son verilişlərinin birində “Sumqayıt hadisələri"nin arxasında Sovet kəşfiyyatının da durduğu erməni provokatorlar tərəfindən törədildiyi hər kəsə məlum olduğu halda, Osmanqızı bu qanlı olayı çox rahatlıqla Azərbaycan xalqının ayağına yazır. 1990-cı il yanvarın 13-də Azərbaycanlıların Bakıda ermənilərin evlərinə soxularaq onları qətl etdiyini iddia etmək və buna görə də 20 yanvarın, yəni Azərbaycan xalqının qətliama məruz qalmasını söyləməyin adı elə xəyanətdi.

Son verilişinin qonaqlarından olan Ramiz Yunus Los-Anceles və Brüsseldəki olayların aylar öncə Azərbaycan dövləti - Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən hazırlandığını iddia edir. Sevinc isə gülümsəyərək onu təsdiqləyir. Bir zamanlar Allah eləməmiş Azərbaycan prezidentliyinə iddialı olan Milli Şuranın sədri Cəmil Həsənli də bığaltı gülümsəyərək onu dəstək olur. 

Onların məntiqindən belə çıxır ki, 12 iyulda Tovuzda ermənilər atəşkəsi pozaraq bizim sərhədimizə hərbi təcavüz etməyiblər, biz özümüz-özümüzə hücum etmişik və yaxud biz ermənilərə hücum etmişik. Ermənilər isə sadəcə məzlum və qurbandılar.
Buna nə ad vermək olar sizcə?

Ramiz Yunusun anasının erməni millətinə mənsub olması əlbəttə ki, onun suçu deyil və o, buna görə məsuliyyət daşımır.
Amma həmin verilişdə səsləndirdiyi və ermənilər üçün göydəndüşmə olan bu axmaq iddialar üçün isə ən azından mənəvi məsuliyyət daşıyır. Və o, ümumiyyətlə mənəvi kriteriyaların nə olduğunu bilirmi?

Mənbəyi belə məlum olan ermənipərəst qurumlardan qrant alıb Azərbaycanı və iqtidarını üstünə gələnlər arasında Emin və Mehman Hüseynov qardaşları da var. Özünü demokratiya və azərbaycanlıların hüquqları uğrunda fəal mübarizə aparan Emin Hüseynov həqiqətən də ermənidir və təkzibedilməz faktlar bunu sübuta yetirilib. Avropadakı dinc aksiyalarda azərbaycanlıların döyülməsində ermənilərin heç bir günahı olmadığını söyləmək, nə demək? Qanmı çəkir? 

Hə! Artıq ictimaiyyət məlumdur ki, Hüseynov qardaşlarının anası Firəngiz Bədir-zadə əvvəlcə “Yevgeniya Qriqoryevna Ovanesova” adını daşıyıb. 1967-ci ildə, 20 yaşı olanda nikaha girərkən adını Firəngiz olaraq dəyişdirib. 

Adam sizcə niyə ermənipərəst olmasın? 

Yadınızdadırmı, Emin Hüseynovun Varşavada ATƏT/DTİHB tədbiri zamanı verdiyi açıqlama? Həmin vaxt o, “azərbaycanlılar Dağlıq Qarabağdakı müharibə zamanı erməni jurnalistlərini qətlə yetiriblər” ifadəsini işlətmişdi. Həmin çıxışdan sonra Ermənistan səfiri Edqar Vardanyanın onu ayaq üstə alqışlamışdı. Bu düşmənə xidmət deyil, bəs nədir? 

Eminin istər Osmanqızının verilişində, istərsə də digər açıqlamalarındakı bütün tezislər erməni mətbuatı və siyasətçilərinin dedikləri ilə üst-üstə düşür. Bu təsadüfdürmü? Qətiyyən! Təsəvvür edin, Azərbaycan iqtidarı münaqişənin həllini yenidən dünyanın nəzərinə çatdırmaq üçün Azərbaycan diasporunu fəal olmağa tapşırandan sonra Emin Hüseynov başda olmaqla digər radikalların hücumları ara vermədi. Burdan da aydın olur ki, heç bir sağlam düşüncəyə sığışmaz tərzdə Azərbaycanın, xalqın üstünə gələn bu adamlar erməni lobbisindən təkcə pul almırlar. Onlar elə eyni adamlardır. Sadəcə, bir medalın iki üzü!

Elvin Hüseynov