ABŞ 11,9 min hərbçisini Almaniyadan çıxarır

ABŞ Almaniyadan 11,9 min hərbi qulluqçusunu çıxarır.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Müdafiə naziri Mark Esper bildirib.
Onun sözlərinə görə, Almaniyadan çıxarılan hərbçilərdən təxminən 6,4 mini ABŞ-a yola salınacaq.
Nazir vurğulayıb ki, ABŞ tezliklə qoşunlarının Almaniyadan çıxarılmasına və onların Avropada dislokasiyasının dəyişməsinə başlamaq niyyətindədir.
M. Esper gələcəkdə ABŞ-ın Polşa və Baltikyanı ölkələrə əlavə qüvvələri yerləşdirə biləcəyini də qeyd edib.