Mədəniyyət Nazirliyinin Aparat rəhbəri işdən çıxarıldı

Mədəniyyət Nazirliyində kadr islahatları davam edir.
Nazirlikdən verilən məlumata görə, mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Babayev Fikrət Köçəri oğlu vəzifəsindən azad edilib.
Onun işdən azad edilməsinə səbəb yaş həddidir.