Daha bir ölkədə koronavirusdan rekord ölüm qeydə alındı

Son 24 saat ərzində Avstraliyada 289 koronavirusa yoluxma hadisəsi qeydə alınıb.
TASS ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ölüm sayında rekord artım müşahidə olunub.
Gün ərzində 25 nəfərin ölümü ilə ölənlərin ümumi sayı 421-ə çatıb.
Bildirilir ki, bu günə qədər Avstraliyada 23 576 nəfər virusa yoluxub, 14 080 xəstə isə sağalıb.
Xəstəxanalarda 680 xəstə var, onlardan 47-si reanimasiya şöbələrinə yerləşdirilib. Digər 7558 xəstə ambulator müalicə alır. Ümumilikdə ölkədə koronavirus üçün 5,3 milyona yaxın test keçirilib.
Ən çətin epidemioloji vəziyyət Viktoriya ştatındadır. Bütün yoluxanların 70 faizi (17.047) bu bölgənin sakinləridir.