Hulusi Akar: "Sona qədər can qardaşlarımızın yanlarında olmağa davam edəcəyik”

“İllərdir Azərbaycanın Dağlıq Qarabağdakı haqlı mübarizəsinə həll yolu təqdim etməyənlərin atəşkəs çağırışları, səmimi olmadığı kimi inandırıcı da deyil”.
APA-nın yerli bürosunun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
“Öz torpaqlarını işğaldan azad etmək mübarizəsində sona qədər can qardaşlarımızın yanlarında olmağa davam edəcəyik”, - deyə nazir vurğulayıb.