Zahid Oruc: “Zəncirlənmiş erməni..”


Döyüşlərdə ilk erməni əsirləri ilə bağlı yayılan kadrları şərh edən millət vəkili Zahid Oruc bunları söyləyib:
 
Dünən Vətən torpaqlarımızın yüksəkliklərində erməni əskərlərin xidmət keçdikləri yeraltı barakları və antiinsani şəraitdə olan tövləni görəndə uzun illər özünə əfsanə yaratmağa çalışan Ermənistan ordusunun ön cəbhədə necə acınacaqlı durumda olduğunu görmüşdük.İndi əsir düşən ermənilərin görkəmi və ayağından zəncirlənən Tiqran övladının mənzərəsi sübut edir ki, o torpaqlar özününkü olmayanda, ora sənin üçün cəza yerinə çevrilir.    Zəncirlənmiş erməni böyük torpaq iddiaları ilə yaşayan bir millətin simvolik obrazı da sayıla bilər.Azərbaycan əskəri Vətənə doğru zəfər yürüşü edir, qarşısındakı düşmən əskərləri isə onları əsirə çevirən erməni ideoloq və siyasətçilərinin zənciri ilə daşa bağlanıb.
Əslində müzəffər Azərbaycan ordusu elə  düşməni də xilas edir!Xankəndində, Şuşada, Xocalıda da qalib Ordumuz zəncirlənmiş əsir erməniləri İrəvan avantürüstlərinin əlindən alacaq!
İkiqat xilas yürüşünüz mübarək,əskər!