Polis əhaliyə xəbərdarlıq etdi: Komendat saatında küçələrə çıxmayın!


Komendat saatı ilə əlaqədar olaraq Bakıda Post Patrul Xidməti (PPX) avtomobilindən əhaliyə müraciət olunub. 

Polis insanları küçələrə çıxmamağa çağırıb:

"Əziz həmvətənlər, hərbi vəziyyət rejimi ilə əlaqədar saat 21:00-dan sonra yaşayız yerlərinizi tərk etməməyiniz tələb olunur. Əks halda, qanunun tələb etdiyi qaydada məsuliyyətə cəlb ediləcəksiniz. Müqəddəs borcumuzun yerinə yetirilməsində həmrəylik göstərib dövlət orqanlarına dəstək olun".