"Cəbrayıl istiqamətində Ordumuz tam üstünlüyə malikdir" - MN

"Ermənistan tərəfinin yaydığı məlumatlar əsassız və yalandır".
Müdafiə Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, Ermənistan müdafiə nazirliyi növbəti dəfə Cəbrayıl istiqamətində guya bölmələrimizin itkilərə məruz qaldığı barədə dezinformasiya xarakterli məlumat yayıb:

“Rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfinin yaydığı məlumatlar əsassız və yalandır. Cəbrayıl istiqamətində ordumuz əks-hücum əməliyyatlarını uğurla davam etdirir və düşmən üzərində üstünlüyə malikdir".