Tarix İnstitutunda orduya dəstək kampaniyası davam edir

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda Azərbaycan ordusuna dəstək kampaniyası davam edir.
Tarix İnstitutundan "Sherg.az"a verilən məlumata görə, elmi müəssisənin əməkdaşları könüllü şəkildə aramsız olaraq institut rəhbərliyinə ərizə ilə müraciət edir və Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürürlər.