Dəqiq atəş zərbələrilə düşmənin komanda qərargah məntəqəsi dağıdıldı: xeyli erməni hərbçisi məhv edilib - VİDEO

Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin komanda qərargah məntəqəsinə zərbələr endirilib.
APA-nın əldə etdiyi məlumata görə, dəqiq atəş zərbələri kamikadze-dronlar vasitəsilə yerinə yetirilib.
Zərbə endirilərkən qərargahda Ermənistan ordusunun yüksək rütbəli zabitləri olub. Komanda qərargah məntəqəsinin darmadağın edildiyi, düşmənin xeyli itki verdiyi barədə məlumatlar var.