Sabahları da zülmətdir...

Uşaqların beynini də zəhərləyiblər, manqurt millət yetişir

"Nə qədər vəhşi, bədbəxt, dar düşüncəli olmalısan ki, bu cür əməllər törədəsən. Eyni düşüncə ilə də öz uşaqlarını zəhərləməkdə davam edirlər və nifrət, düşmənçilik xislətindən əl çəkmirlər"

İşğaldan azad olunmuş Azərbaycan torpaqlarını tərk edən erməni məktəblilər özlərindən sonra “biz havanı zəhərləyəcəyik ki, bütün azərbaycanlı uşaqlar ölsün”, “biz sizə yaşamağa imkan verməyəcəyik” kimi aqressiv ismarışlar qoyub. Bu haqda sosial şəbəkələrdə erməni səhifələri yazır. Erməni uşaqlarının bu terror əhvalı əslində “birgəyaşayış” imkanlarını kimin məhv etdiyi, kimin nifrət saçdığını aydın göstərir.

Siyasi-şərhçi Azər Həsrət "Şərq"ə açıqlamasında bildirib ki, uşaqların beyinlərinin o cür zəhərlənməsi nəticə etibarı ilə erməni millətinin sabah da bədbəxt bir millət olaraq qalacağından xəbər verir. Ekspert bildirib ki, erməni övladlarının bu cür hərəkəti onların əsl mahiyyətini ortaya qoymuş olur:

"Ermənilər özlərinin hər zaman bədbəxt millət olduqlarını adlandıranda düşünürdüm ki, bunlar yalandan özlərini yazıq, bədbəxt kimi qələmə verirlər. Hesab edirdim ki, onlar ağlaşma qurmaqla bütün dünyanın onlara yardımçı olmasını və hər kəsin yazığı gəlməsinə çalışırlar.

Amma indi baş verən hadisələri müşahidə edəndə görürəm ki, ermənilər özlərinə ən böyük ziyanı vurmağa hazır olan millətdir. Çünki indi onların əlinə çox gözəl bir şans düşüb. Birincisi, Qarabağ kimi çiyinlərinin çəkə bilməyəcəyi ağır bir yükdən xilas olurlar. İkincisi, Azərbaycan və Türkiyə bu ölkə ilə birgə normal münasibətlər qurmağa hazırdır.

Ermənilərin Azərbaycan və Türkiyə ilə quracaqları münasibət isə Ermənistanın çiçəklənməsi və inkişafı deməkdir. Amma onlar tam əksinə hərəkət edirlər, həqiqətən də bədbəxt olduqlarını göstərirlər. Yəni ermənilərin təfəkkürü o qədər aşağıdır ki, yaranmış fürsətdən inkişaf naminə istifadə etmək istəmirlər. Yaxud da, biz Kəlbəcərdə köçüb gedən ermənilərin evlərini yandırdıqlarını müşahidə edirik. Nə qədər vəhşi, bədbəxt, dar düşüncəli olmalısan ki, bu cür əməllər törədəsən. Eyni düşüncə ilə də öz uşaqlarını zəhərləməkdə davam edirlər və nifrət, düşmənçilik xislətindən əl çəkmirlər. Həqiqətən də, onlardan hər cür pislik gözləmək olar.

Ona görə də dünya son baş verən hadisələrdə ermənilərin əsl mahiyyətini anladığı üçün Azərbaycanın sülhə məcbur etmə hərəkatına maneçilik törətmədi.

Nəticədə bu proses sonadək kifayət qədər uğurla həyata keçirildi".