Tarzən həyatından bezib: “Məni güllələmək azdır, çarmıxa çəkmək...”

Məşhur tarzən Vahid Bağırovun var-dövlətini əlindən alıb küçəyə atıblar.
“Sherg.az” xəbər verir ki, o, “Elgizlə izlə”  proqramına qonaq olaraq hazırda küçələrdə qaldığını söyləyib:
“Sovetskidə bir otaqlı evim vardı. Allah ağlımı başımdan  aldı. Bəzi adamlar başıma yığıldı. Gördüm ki, həmin mənzil də əlimdən çıxıb. Hansısa pis vərdişlərim olmayıb. Ağılsızlıq ucbatından belə oldu.
Bir neçə maşın aldım. Onlara başım qarışdı. Bir qadınla əlaqəli deyil. Günahkar özüməm. Mir Cəfər  Bağırov mühakimə olunarkən deyib ki, məni güllələmək azdır, çarmıxa çəkmək lazımdır. Mən də elə deyirəm. Etdiklərimə görə, çarmıxa çəkilməliyəm. Mirzə Ələkbər Sabirin bir sözü var: “İstərəm ölməyi mən, qaçır məndən əcəl”. Nə cür bədbəxtəm ki, əcəlin də nazını çəkirəm. Günlərdir “Kəlimeyi-Şəhadəti” təkrarlayıram. Deyirəm, o biri dünyaya təmiz gedim. İçki də içməmişəm”.