Təltiflər davam edəcək:“Qəhrəmanlarımız qiymətləndirilir”  

Bu gün Prezident İlham Əliyev bir qrup hərbçisinin təltif olunması ilə bağlı sərəncamlar imzalayıb. Qəhrəmanlarımız “Şuşanın azad olunmaına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar. 


 “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev “Sherg.az”a açıqlamasında sözügedən sərəncamları yüksək qiymətləndirdi:
“Mükafatlananlar arasında Etimad Əsədov adına batalyonun üzvləri də var. Ümumiyyətlə, Vətən uğrunda döyüşən hər kəsin qəhrəmanlığı qiymətləndirilir. Məndə olan məlumata görə təltiflər davam edəcək”.