MEDİA-nın əməkdaşı medallarla təltif edilib - FOTO

Medianın İnkişafı Agentliyinin əməkdaşı, Vətən müharibəsi qazisi Dilavərzadə Vasif Rasif oğlu iyunun 24-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “İgidliyə görə”,  “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

"Sherg.az" xəbər verir ki, bu barədə MEDİA-dan bildirilib. Məlumatda qeyd olunub ki, V.Dilavərzadə 44 günlük Vətən müharibəsindəki şücaətlərinə görə “Vətən ugrunda”, “Cəbrayılın azad edilməsinə görə”, “Kəlbəcərin azad edilməsinə görə” medallarına da layiq görülüb.  O, həmçinin “10 illik qüsursuz xidmətə görə” və “Silahlı Qüvvələrin 100 illiyi” medalları ilə təltif edilib.