İnsanları izləmək üçün “ağıllı”  xalçalardan istifadə olunacaq

Massaçusets Texnologiya İnstitutu yanında Kompüter Elmləri və Süni İntellekt Laboratoriyasının (CSAIL) mütəxəssisləri məxfiliyi pozan kameraların köməyi olmadan insanları izləmək üçün xalçalardan istifadə üsulu hazırlayıblar.
 
Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, süni intellekt əsasında “Magic Carpet” adlı “ağıllı” xalça tibbi mütəxəssislər tərəfindən məsafədən nəzarət ediləcək. Bu xalçalar insanlara tibbi xidmətlərin daha təhlükəsiz və məxfi şəkildə göstərilməsi üçün istifadə edilə bilər.
 
Laboratoriyanın məlumatına görə, xalça üzərindəki sensorlar insanın pəncəsi, əl-ayaqları, bədəni və xalça arasında fiziki kontakt vasitəsilə insanın təzyiqini elektrik siqnalına çevirir.