Süpürgəçi qadın öldü:"Cinayət işi başlanmalıdır"

Lənkəran şəhər mənzil-istismar sahəsində süpürgəçi işləyən süpürgəçi qadın dünyasını dəyişib. Rayon sakini Kitabə Quliyeva elektrik cərəyanı vurması nəticəsində ölüb.Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.



Baş verənlərlə bağlı fikirlərini “Sherg.az”a şərh edən Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov bildirib ki, istehsalatda belə hadisələr yaşanan zaman araşdırmalar aparılır, təqsirli şəxslər varsa, cinayət məsuliyyətinə cəlb edilir:

“Qadının əmək müqaviləsi varsa və sığorta olunubsa, onun azyaşlı uşaqlarına aylıq olaraq kompensasiyalar verilməlidir. Məsələn, ölən şəxsin 18 yaşına çatmayan, ya da 23 yaşına qədər təhsil alan və yaxud əlilliyi olan övladları varsa, mütləq şəkildə kompensasiyalar veriləcək. İstehsalat müəssisəsinin hansısa qanunsuzluğu müəyyən edilərsə, bu zaman cinayət işi başlanmalıdır. Bu işdə paralel olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də işin tədqiqatını aparmalıdır”.