Gömrükdə yaranan növbələr tam aradan qaldırılacaq - RƏSMİ

“Rusiya ilə sərhəddə yerləşən Xanoba gömrük postunda tikinti işləri uğurla davam etdirilir”.
Oxu.Az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sosial media hesabında yazıb.
Komitə sədri bildirib ki, bu gün postda aparılan yenidənqurma işləri ilə növbəti dəfə tanış olublar:
“Yaxın gələcəkdə istifadəyə veriləcək bu post sərhəddə yaranan növbələrin tam aradan qaldırılmasını təmin edəcək”.