Araşdırma: Balıqlar narkotikə bağlı hala gətirilə bilirlər

Çex Respublikasında bir qrup tədqiqatçı balıqlarla bağlı maraqlı bir araşdırma aparıb.
“Sherg.az” “Sabah.com”a istinadən bildirir ki, “metamfetamin” kimi dərmanların suya qarışdırıldıqda balıqların narkotikə aludə olduqları təsbit edilib.
Tədqiqatçılar narkotiklə çirklənmiş sulara qoyulmuş qəhvəyi balıqlarla laboratoriya təcrübələri aparıblar. “Metamfetamin”lə çirklənmiş sulara qoyulmuş balıqların daha az aktivləşdiyi və narahatlıq yaradan bağımlılığı meydana çıxıb.
Çexiya Həyat Elmləri Universitetinin mütəxəssisi, araşdırmanın müəllifi Pavel Horki bildirib ki, balıqlar təmiz suya qoyulduqdan bir müddət sonra “metamfetamin”i axtarırlar.