Üç ölkənin birgə hərbi təlimləri:“Terrorizmə qarşı mübarizə...”

Türkiyə, Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Təlimlər 4-8 oktyabr tarixlərində keçiriləcək.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov hazırlıqların əhəmiyyətini “Sherg.az”a qiymətləndirdi: 

“Bu, ilk deyil. Belə təlimlər müntəzəm keçirilir. Yəni təcrübəmiz var. Oxşar təlimlər dostluq əlaqələrinin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyətlidir.

Həmçinin biz müasir dövrün ən mühüm qlobal problemlərindən biri olan terrorizmə qarşı mübarizə imkanlarımızı artırırıq. Regionda sabitliyi təmin edirik.

Eyni zamanda, fikrimcə, təlim zamanı yeni silahlar da sınaqdan keçiriləcək. Növbəti bir məqam isə enerji dəhlizlərinin təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. Tapşırıqların uğurla yerinə yetiriləcəyinə və qarşıya qoyulan məqsədə çatacağımıza inanıram”.