Metropolitendə dil normaları pozulur!- Akademik əlacsızdır+FOTO

Metro qatarlarında müxtəlif maarifləndirici şüarlar diqqət çəkir. Çox gözəl!  Amma dilin elastikliyi, normaları niyə pozulmalıdır?! Məsələn, hər gün dəfələrlə gördüyümüz, oxuduğumuz şüara diqqət edək: “Unutmayın ki, koronavirus alacağınız tədbirlərdən güclü deyil”. Lap yaxşı! Unutmarıq. Lakin siz də unutmayın ki, əziz səlahiyyətli şəxslər, dil hər bir xalqın milli sərvətidir və onu korlamaq olmaz:

Azərbaycanın dilinin normalarına uyğun olaraq tədbir haqqında “almaq” yox, “görmək” feili işlənir. Yəni həmin cümlədə ifadə belə olmalı idi: “Görəcəyiniz tədbirlərdən”. Bunu altıncı sinif şagirdi də bilir.
Akademik Möhsün Nağısoy neqativ hal barədə “Sherg.az”a danışdı:
“Əlbəttə, ifadə düzgün deyil. Mütləq “Görəcəyiniz tədbirlərdən” olmalı idi. Bu işlərlə monitorinq mərkəzi məşğul olmalı, iradlarını bildirməlidir. Təəssüf ki, bizim təsir mexanizmimiz yoxdur. Ona görə də ən yaxşı halda təklif verə bilərik”.