Elgiz hiddətləndi:"Belə kişilərə nifrət edirəm"

“Elgizlə izlə” verilişinə gələn Məmməd adlı yaşlı kişi həyat yoldaşının onu dilənməyə məcbur etdiyini söyləyib. O, həmçinin 10 dəfədən çox evləndiyini iddia edib.
“Sherg.az” xəbər verir ki,  bu hadisə  aparıcı Elgiz Əkbəri qəzəbləndirib. E.Əkbər həmin kişiyə irad bildirib:

“İnsanın bir əqli qüsuru olanda  dilənçilik edirlər ki, insanların yazığı gəlib, ona pul versin. Sizin kimi 2 metr boyu olan bir kişinin dilənçilik etməsini gözümüzün önündə canlandıraq.

Sizə kim pul verəcək? Adamlar sizi tənqid və təhqir edərlər. Mən  yolda  hündür boylu, pəhləvan bir kişinin diləndiyini görsəm, onu acılayaraqm.

Deyərəm, utanmırsan? Bunlar evləniblər beş dəqiqə sonra  xanımın necə bir insan olduğunu bilib. Dünyada belə bir olay yoxdur.  Dəfələrlə evlənmisiniz. Onlardan biri, ikisi, üçü  pis olar. Yəni 10 qadının hamısı pis idi?! Siz qadınlara özünüzü yıxmısınız. İnsan bir, iki, üç dəfə səhv edər. Bəlkədə 15 qadınla evlənmisiniz.

Siz necə adamsınız?! Ağsaqqallsınız, saçınız ağarıb, sizdən yaşca balacayam. Amma nəsə deməyə ixtiyarım var. Çünki kifayət qədər həyat təcrübəsinə sahibəm. İnanın ki, sizin hərəkətləriniz çox qeyri-adidir.

Hansısa çərçivəyə sığmır.  Neçə qadının qəlbini qırımısınız. Evlənib boşanmısınız, bu oyuncaqdır?!  Sonuncu xanımınız deyib ki, havayi çörək yoxdur, get, dilən. Bu söyləyib ki, qazanmıram, işləmirəm, o da əcəb edib, halal olsun. Mən belə kişilərə nifrət edirəm. 

Biz də hüquq çərcivəsində qadın kişi bərabərliyi mövcuddur. Lakin mənən baxanda qadın zərif məxluqdur. Bu kişi qadınlarla evlənib,  görüb ki maddi problemlər yaranır, aradan çıxıb. Belə şey olar?! Ayıb deyil?”