İbrahim Borçalı oğlunun videosunu paylaşdı:"Yaxşı ki, gəlmişdin" - Video

Müğənni İbrahim Borçalı mərhum oğlunun videosunu paylaşıb. 
"Sherg.az" xəbər verir ki, o, oğlunun ölümündən öncə çəkdiyi görüntüləri paylaşaraq bu sözləri yazıb:
"Keçən ilə kənddə lentə alıb. Xatirə qaldı. Yaxşı ki, dünyaya gəlmişdin, oğlum".

İ.Borçalının sənət dostları paylaşıma rəy yazıblar.

Roza Zərgərli: "Bu video adama dağ çəkir. Allah səbr versin".

Nazilə Səfərli: "Canım oğlum, bizim üçün daim yaşarsan. Səni heç unutmuruq. Nazilə xanım o şirin dillərinə qurban olsun. Az yaşayan, çox əməkli, pəhləvan, mehriban balam".

Qeyd edək ki, sənətçinin oğlu Rəhim ötən il avtomobil qəzasında dünyasını dəyişib.