Niyam həmkarlarını QINADI: "Şou-biznesə əcəb oldu, canları çıxsın"

Müğənni Niyam Salami "Onda görüşək" verilişində bəzi həmkarlarına irad bildirib.
"Sherg.az" xəbər verir ki, o sözügedən proqramda bunları söyləyib:
"Şou-biznesə əcəb oldu, canları da çıxsın. Deyirdilər, 30-40 toyum var. Kimin toyu varsa, özünü sənətkar sayırdı. Mən də toya gedirəm, sən də. Gördünüz necə yerdəyişmə qanunu oldu. Aşı zibilliyə atan şadlıq sarayları indi aş gözləyir. Nə edirsənsə, özünə qayıdır. Mən nə müğənnilərin arxasınca danışıram, nə də mənfi enerji ötürürəm. Kimisə qınamaq olmaz ki, filankəs ucuz qiymətə oxuyub. Sənin də həmin vaxtların olub da. Yenə başına gələ bilər. Ümumiyyətlə qadın müğənninin yanında əsl kişi olmalıdır. Məsələn, nəsilinə həmişə maddi yardım göstərən xanım müğənni bir il işləmir. Neynəsin?!  Hamısı maşınları kirayə götürürdü. Sonra xəbərlər çıxırdı ki, filankəsin maşınlarına, villalarına baxın. Bilmirdiniz ki, bu sizə qayıdacaq? Görürsünüz, müğənnilər də ağlayırlar. Xalq artistləri, əməkdar artistlər də sizin güdazınıza getdilər.  Etdiyini danışmaq olmaz. Onsuz da görürlər".