Elçibəyin oğlu evlənir... - FOTOLAR

Azərbaycanın eks-prezidenti Əbülfəz Əliyevin (Elçibəy) oğlu Ərturqut Əliyev ailə həyatı qurur. O, Elçibəyin silahdaşlarından olan Mirhadı bəyin qızı Aytək xanımla evlənir.
“Sherg.az” xəbər verir ki, bu barədə Bəyin  kürəkəni Aqil Səmədbəyli məlumat yayıb.
O, Naxçıvanın Kələki kəndində baş tutan qız toyunun “ciyər axşamı”ndan fotoları Feysbuk profilində yerləşdiirb.
A.Səmədbəyli iyulun 30-da oğlan toyunun olacağını söyləyib. O, həmçinin toyda karantin rejiminin qaydalarına əsasən 150 nəfər qonağın iştirak edəcəyini xüsusi vurğulayıb.