Ali Məhkəmənin hakimi təqaüdə göndərildi 

Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Gündüz Quliyev təqaüdə yola salınıb.
Bu barədə Ali Məhkəmə məlumat yayıb. 
Bildirilib ki, G.Quliyev 2000-ci ildən məhkəmə sistemində hakim kimi fəaliyyət göstərib.
O, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təqdimatı ilə Ali Məhkəmənin hakimi təyin olunub.