Azərbaycanda dövlət idarəsi cərimələndi

Dövlət agentliyinin idarəsi cərimələnib.
Oxu.Az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində olan “Bakı 1 saylı Yol İstismarı” MMC-yə idxal bəyannaməsi ilə bağlı prosedur qaydalarında yol verdiyi nöqsanlara görə cərimə protokolu yazılıb.
Yazılan inzibati cərimə ilə bağlı məsələyə Binəqədi Rayon Məhkəməsində baxılır.

MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinin tələblərini pozmaqda ittiham olunur.

Həmin maddəyə görə MMC-ni min beş yüz manat məbləğində cərimə cəzası gözləyir.