Həbsdən çıxanların NƏZƏRİNƏ


“Cəzaçəkmə müəssisəsindən azad olunan və sosial adaptasiyaya ehtiyaca olan şəxslərə minimum əməkhaqqının 4 misli miqdarında birdəfəlik müavinət verilir”.

Oxu.Az-ın məlumatına görə, bunu “Sosial saat” verilişində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov deyib.

Onun sözlərinə görə, həmin şəxsin sosial adaptasiyaya ehtiyacının olub-olmadığı araşdırılır:

“Əgər müavinət düşürsə, birdəfəlik 1000 manat pul ödənilir. Bu, vətəndaşın müraciəti əsasında, fondun əməkdaşları tərəfindən müəyyən edilir”.