Araşdırma: Onlayn tanış olan cütlüklərin boşanma ehtimalı 6 dəfə çoxdur

 Yeni texnologiyalar və mobil proqramlar insanların həyatında getdikcə daha çox yer tutur.  Bu kontekstdə ekspertlər son illərdə “Tinder” və “Bumble” kimi tanışlıq proqramları vasitəsilə həyat yoldaşını seçənlərin sayının artdığını bildiriblər. Bununla belə  yeni bir araşdırma internetdə tanış olan cütlüklərin dostları və ailəsi vasitəsilə tanış olanlara nisbətən boşanma ehtimalının altı dəfə çox olduğunu ortaya qoyub.

  "Sherg.az" “onedio.com” a istinadən məlumat  verir ki, İngiltərədə aparılan yeni araşdırmada internetdə tanış olan cütlüklərin boşanma nisbəti evliliyin ilk illərində universitetdə, dostları və ailəsi vasitəsilə tanış olanlara nisbətən altı dəfə çox olub. Yaşı 30 və daha çox olan 2 min evli yetkin arasında aparılan sorğu 2000-ci ildən bəri internetdə tanış olan cütlüklərin evliliklərinin ilk üç ilində 12 faiz, sosial əlaqələr vasitəsilə tanış olanların isə 2 faiz boşanma riskinin olduğunu göstərib. Araşdırmanın sifarişçisi olan Evlilik Fondu tapıntıların evliliyin ilk illərində cütlükləri dəstəkləməkdə sosial əlaqələrin mühüm rol oynadığını bildirib. Bununla belə araşdırmaya görə boşanma nisbətlərindəki fərq evliliyin 10 ilinə qədər davam edir. Həyat yoldaşları ilə internetdə tanış olanların 17 faizi 7 ildən sonra boşandığı halda, qarşılıqlı əlaqə yolu ilə tanış olan cütlüklərin 10 faizi boşanıb.

Bununla belə 10 illik evlilikdə iş yerində tanış olanların ən yüksək boşanma nisbəti 24 faiz, internetdə tanış olanların yüzdə 20, bar və ya restoranda tanış olanların yüzdə 19 faiz olduğu məlum olub. Digər tərəfdən araşdırmada “Harmony”, “Bumble”, “Grindr” və ya “Tinder” kimi çox istifadə edilən platformalar vasitəsilə onlayn tanış olan cütlüklər arasında fərq qoyulmayıb. 

Evlilik Fondunun araşdırma direktoru Harri Benson nəticələrin narahatedici olduğunu söyləyib: 
“Araşdırmamızın nəticələri göstərir ki, evliliyin ilk illərində bu şəkildə görüşən cütlüklər dostları vasitəsilə tanış olanlarla müqayisədə, qarşılaşdıqları bütün çətinliklərin öhdəsindən gəlmək üçün ətraflarında kifayət qədər sosial kapitala və ya yaxın dəstək şəbəkələrinə malik olmaya bilərlər . Zaman keçdikcə bu bərabərsizlik aradan qalxır, amma sual budur ki, bu niyə mövcuddur? ". Sorğunu aparan bazar araşdırmaları üzrə məsləhətçi Savanta Komres bildirib ki, internetdə tanış olan cütlüklər artıq iki yad adam kimi evləniblər, çünki qarşılıqlı əlaqənin olmaması onların bir-biri haqqında məlumat toplamaqda çətinlik çəkməsi ilə nəticələnir. Digər tərəfdən araşdırmada  onlayn görüşənlərin həyat yoldaşının ailəsi və dostları ilə "illər boyu köklü əlaqələrdən çox, sıfırdan" sosial bağlar qurması lazım olduğu da ifadə edilib”.
H.Benson onu da əlavə edib ki, araşdırmaları heç bir şəkildə onlayn tanışlığın həyati rolunu zəiflətmir və ya azaltmır:
“Biz nisbi yad insanla tanış olmağın böyük risklərini və çətinliklərini vurğulayırıq”.