Xalq artisti:"Nəvələrimə kömək göstərmək istəyirəm”

“Həyatdan bezməmişəm. O qədər görəcəyim işlər var, təsəvvür edə bilməzsiniz. Nəsə etməyə tələsirəm”.
“Sherg.az”ın məlumatına görə, bu sözləri xalq artisti Mübariz Tağıyev deyib.
“Üzə-düz” verilişinin qonağı olan M.Tağıyev gələcəklə bağlı fikirlərini bölüşüb:

“Var olduğum müddətdə ailəmə, nəvələrimə kömək göstərmək istəyirəm. Yəqin,  sonu var. Sonu gələndə həm ailədə, həm də xalqda nəsə qoyub getməliyik. Əgər edə bilmirsənsə, onda həyatda heç bir şeysən. Yalandan yaşayırsan. 

O biri dünyaya inanıram. İnanmırıqsa, demək, daxildə sual altında olan məqamlar var. Bilirəm ki, bir gün əcəl gəlib qapımı döyəcək”.